İran ABŞ-ı günahlandırdı

İranın dini lideri Əli Xameneyinin ali hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi Amerika Birləşmiş Ştatlarının terror təşkilatı DEAŞ üzvlərini Əfqanıstana göndərdiyinə dair əllərində dəqiq kəşfiyyat məlumatının olduğunu söylədi.

1139283
İran ABŞ-ı günahlandırdı

İranın dini lideri Əli Xameneyinin ali hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi Amerika Birləşmiş Ştatlarının terror təşkilatı DEAŞ üzvlərini Əfqanıstana göndərdiyinə dair əllərində dəqiq kəşfiyyat məlumatının olduğunu söylədi.
 
 Səfəvi bu barədə Tehran Universitetində inqilabın ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edərkən bildirdi.
 
 Çıxışında terror təşkilatı DEAŞ-ın ABŞ, İngiltərə, İsrail və bəzi ərəb ölkələri tərəfindən dəstəkləndiyini irəli sürən Səfəvi: "Amerikalılar, sionistlər və bəzi ərəb ölkələrinin gizli fəaliyyətləri nəticəsində yüz mindən artıq DEAŞ üzvü Suriya və İraqın başına bəla edilib. Bundan sonra da Xorasan xilafəti qurmaq iddiası ilə terrorçuları İrana göndərmək istədilər və bu istiqamətdə bir əmir təyin etdilər" dedi.
 
 Səfəvi: "Amerikalıların hazırda DEAŞ terrorçularını Əfqanıstana göndərdiyinə dair dəqiq məlumatlara malikik" ifadəsini işlətdi.
 
 Əfqanıstanda son bir ayda terror təşkilatları Taliban və DEAŞ üzvlərinin hücumlarında əksəriyyəti mülki vətəndaş olmaqla, yüzlərlə adam həlak oldu. Ölkə Talibanla DEAŞ arasındakı qarşıdurmalara da səhnə olur.
 
 Xameneyi ötən həftə verdiyi açıqlamada Suriya və İraqda təsirini itirən DEAŞ-ın ABŞ tərəfindən Əfqanıstana yönləndirildiyinə işarə edərək, Əfqanıstanda son həftələrdə keçirilən və yüzlərlə insanın həlak olduğu hücumların arxasında da ABŞ-ın olduğunu iddia etmişdi.
 
 Xameneyi ABŞ-ın bu sayədə bölgədəki mövcudluğuna səbəb yaratmaq istədiyini söyləmişdi.
 
 Taliban ilə sülh danışıqları aparan ABŞ rəhbərliyi razılıq əldə edildiyi təqdirdə əsgərlərini Əfqanıstandan çıxarmağı planlaşdırır.



Әlaqәli Xәbәrlәr