İran Avropa İttifaqına çağırış etdi

Avropa itifaqına üzv ölkələr İran ilə əlaqəli öhdəliklərinə təcili əməl etməlidilər. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

1136774
İran Avropa İttifaqına çağırış etdi

Bəhram Qasımi, Almaniya, Fransa və İngiltərənin İran ilə ticarət əlaqələrini davam etdirmək məqsədiylə yaratdıqları "Instex" adlı ödəniş mexanizminə dair münasibət bildirib. O Alyansa çağırış edib ki, yaradılan mexanizm ilə əlaqəli addımlar qıssa müddətdə atılsın.

Avropa İttifaqının ödəniş mexanizmini yüksək qiymətləndirdiklərini ifadə edən Qasimi : “Avropa ittifaqı bütün öhdəliklərinə əməl etməlidir. Alyans tərəfindən yaradılan ödəniş mexanizmi, May 2018-ci ildə verilən sözlərin ilk addımı hesab edilir. ABŞ nüvə sazişindən çıxdıqdan sonra Avropa ittifaqınin nüvə razılaşmanın və İran mənafelərinin qorunmasına dair verilən sözlər çərçivəsində konkret addımlar atdığını müşahidə etmədik”- deyə Qasimi vurğulayıb.

Qeyyd edək ki, ABŞ nüvə razılaşmasından çəkildikdən sonra, rəsmi Tehranın müqaviləyə sadiq qalmasını istəyən Avropa İttifaqı, İranla ticarəti asanlaşdırmaq və Avropalı şirkətləri ABŞ-ın sanksiyalarından qorumaq üçün Sentyabr 2018-də yeni bir ödəmə mexanizmi hazırlandığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr