Həsən Ruhani: "İnqilabdan sonrakı ən böyük iqtisadi təzyiqlə üzləşmişik"

İran prezidenti Həsən Ruhani 1979-cu il inqilabından sonrakı ən böyük iqtisadi təzyiqlə üz-üzə qaldıqlarını bildirdi.

1135786
Həsən Ruhani: "İnqilabdan sonrakı ən böyük iqtisadi təzyiqlə üzləşmişik"

 

İran prezidenti Həsən Ruhani və İran lideri Əli Xamenei inqilabın 40-cı ili münasibətilə inqilab lideri Ayətullah Ruhullah Xomeyninin paytaxt Tehrandakı məzarını ziyarət etdilər.
 
 Ruhani ziyarət zamanı etdiyi çıxışında Amerika Birləşmiş Ştatlarının İrana tətbiq etdiyi sanksiyalardan danışdı.
 
 ABŞ-ın İrana qarşı son iqtisadi müharibəsinin 2018-ci ilin yanvarında başladığını, lakin siyasi, hüquqi və psixoloji cəhətdən regional və beynəlxalq səviyyədə uğursuz olduğunu bildirən Ruhani: "İnqilabdan sonrakı ən böyük iqtisadi təzyiqlərlə üzləşirik. Xalqın qeyrət, fədakarlıq və müqavimətilə ABŞ iqtisadi müharibədə də məğlub ediləcəkdir" dedi.
 
 Bir neçə ölkədən başqa bütün dünyanın ABŞ-a qarşı İranı dəstəklədiyini təkrarlayan Ruhani: "ABŞ təkcə İrana qarşı deyil, Avropa Birliyi, Çin və Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) ilə bağlı öhdəliklərini də pozdu. Bəziləri səhv şərhlər verməməlidir" deyə danışdı.
 
 Bugünkü ölkə problemlərinin əsasən Vaşinqton rəhbərliyi və onun davamçılarının təzyiqlərindən doğduğunu dilə gətirən Ruhani: "ABŞ-ı qınamaq əvəzinə xidmət edən hökuməti, və ya İran rejimini günahlandırmayaq" ifadələrini işlətdi.
 
 Ruhani müzakirələrin siyasi, əxlaqi və hüquqi uğurunun heç bir zaman yox olmayacağına işarə edərək: "Heç kim: "ABŞ İran ilə danışıqlar masasına oturdu, lakin sözünə sadiq qalmadı" deməsin. Əsas məsələ qarşı tərəfin hara qədər sözünə sadiq qalacağı deyil, danışıqlardakı prinsiplərdir" dedi.



Әlaqәli Xәbәrlәr