Taliban polis məntəqəsinə hücum edib
Əfqanıstanın şimal ərazisində yerləşən Bəlx vilayətinin Şolqara qəsəbəsində bir polis məntəqəsinə hücum təşkil edilib. Taliban silahlılarının hücumu nəticəsndə 6 polis əməkdaşı həyatını itirib.
1135117

Şolqara polis idarəsi Müdiri Məhəmməd Arif jurnalistlərə etdiyi açıqlamada taliban silahlıların polis məntəqəsinə hücum təşkil etdiyini, daha sonra qarşıdurma baş verdiyini bildirib. Arifin məlumatına görə 6 polis əməkdaşının həyatını itirdiyi qarşıdurmada 13 silahlı da öldürülüb.
Taliban isə hücum nəticəsində iki polis məntəqəsinə nəzarəti ələ keçirdiklərini irəli sürüb.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda mülki helikopter dənizə düşüb, axtarış-xilasetmə əməliyyatı aparılır
Yunanıstanın Euboea sahillərində mülki helikopter qəzaya uğrayıb.