İran İslam koalisiyası partiyasının sədri həyatını itirdi

İranın İslam Koalisiyası (Hezbe Mütəəlifə) Partiyasının sədri Muhəmməd Nəbi Həbibi dünyasını dəyişib.

1135217
İran İslam koalisiyası partiyasının sədri həyatını itirdi

İran  dövlət  telekanalının  xəbərinə  görə  onun ölümünə səbəb ürək dayanması olub.

O, partiyanın sabiq sədri Həbibullah Əsgəraviladinin vəfatından sonra sədr seçilib. 

Bir müddət Tehran, Xorasan və Fars vilayətlərinin valisi olan Həbibi, 1983-1987-ci illərdə Tehran bələdiyyəsinin sədri olub.  

Qeyd edək ki, İslam Koalisiyası Partiyası şah Məhəmməd Rza Pəhləvi rejimini devirmək üçün 1963-cü ildə bir qrup şəxs tərəfindən yaradılıb. Partiyanın əsas üzvləri ölkənin tanınmış iş adamlarından ibarətdir.

 



Әlaqәli Xәbәrlәr