ABŞ Suriyaya daha 600 hərbçi göndərdi

Bildirilir ki, Əsgərlər ABŞ-nın Suriyadakı hərbçilərin çıxmasına dəstək məqsədiylə göndərilib.

1134198
ABŞ Suriyaya daha 600 hərbçi göndərdi

Suriyadakı yerli mənbələrin məlumatına görə ABŞ-dan bölgəyə cəlb olunan hərbçilər dünən Fərat çayının şərqindəki Harab Işk və Sirra hava bazasına çatıblar. Amerikalı əsgərlər dəstələr halında bazalarda yerləşdiriləcəklər. Əsgərlərin çıxarılması işləri başlayarkən Harab Işk və Sırrin bazasından evakuasiya mərkəzi kimi istifadə ediləcək.

Ağır teknikaların çıxarılması isə Hasekenin şimal-şərqindəki Rümeylan və Tel Beyderin şimalındakı bazalardan reallaşdırılacaq.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), cümə günü yaydığı açıqlamada, əsgərlərin Suriyadan çıxarılması prosesinə dəstək məqsədiylə bölgəyə əlavə hərbçi cəlb olunduğunu bildirmişdi. ABŞ prezidenti Tramp 19 və 20 dekabr 2018-ci il tarixli açıqlamalarında, Suriyadakı mövcudluğunun yeganə səbəbinin DEAŞ-a qarşı mübarizə olduğunu, terror təşkilatına ağır zərbələr endirildiyini, daha qüvvələrin evə qayıtmalarının vaxtının gəlib çatdığını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr