TSQ Suriyanın şimalındakı YPG / PKK hədəflərini vurdu

Türkiyə Silahlı Qüvvələri  Suriyanın şimalındakı Azez və Mare cəbhə xətlərində YPG / PKK terror təşkilatına məxsus hədəfləri vurdu.

1133929
TSQ Suriyanın şimalındakı YPG / PKK hədəflərini vurdu

Türkiyə Silahlı Qüvvələri  Suriyanın şimalındakı Azez və Mare cəbhə xətlərində YPG / PKK terror təşkilatına məxsus hədəfləri vurdu.

Əldə edilən məlumatlara görə, dünən gecə Azezin cənubunda və Marenin cənub və qərbindəki əraziləri işğal edən YPG / PKK terror təşkilatı ilə və Azad Suriya Ordusu arasında  uzun lüləli silahlarla toqquşma olub.

Toqquşmalar zamanı Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 3-ü yaralanıb.

Qarşıdurmadan sonra Türkiyə Silahlı Qüvvələrinin "Fərat Qalxanı" əməliyyatı bölgəsindəki birlikləri cəbhə xəttində YPG / PKK terror təşkilatına aid möqelərə  haubitsalardan 20-dən çox atəş açıb, nəticədə çox sayda terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrinin birlikləri Tel Rifatda yuva salan təşkilatın hədəflərini yanvarın 23-də 5, yanvarın 24-də 12 və yanvarın 25-də  20-dən çox haubitsa atəşinə  tutub.

Türkiyənin Kilis şəhərinin qarşısında olan Suriya ərazisində yerləşən Azez və Mare cəbhə xətlərində Azad Suriya Ordusu ilə YPG / PKK terror təşkilatı arasında bir sıra toqquşmalar olur.
 



Әlaqәli Xәbәrlәr