İraqda iki hücumda 4 nəfər həlak oldu

İraqın Səlahəddin vilayətində törədilən iki hücumda 4 nəfər həlak oldu, 10-u yaralandı.

İraqda iki hücumda 4 nəfər həlak oldu

İraqın Səlahəddin vilayətində törədilən iki hücumda 4 nəfər həlak oldu, 10-u yaralandı.

İraq Müdafiə Nazirliyinin Təhlükəsizlik Media Mərkəzi hücumlarla bağlı məlumat yaydı.

Məlumatda Səlahəddin vilayətinin Şirqat rayonunda iki hücum törədildiyi bildirilir.

 Hücumlarda aralarında təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da olduğu 4 nəfərin həlak olduğu, 10 nəfərin də yaralandığı qeyd edilir.
 Məlumatda hücumların hansı şəkildə törədildiyi ilə bağlı informasiya verilmir.

Hələ heç bir təşkilat hücumlara görə məsuliyyəti üzərinə götürməyib. Lakin terror təşkilatı DEAŞ-dan şübhələnilir.



Әlaqәli Xәbәrlәr