Fələstindən Venesuela rəhbərliyinə dəstək

Fələstin Venesuelada baş verən hadisələrdən narahat olduğunu bildirdi və bəzi ölkələrin Venesuelanın qanuni dövlət başçısı Nikola Maduroya qarşı çevriliş cəhdinə və ölkənin daxili işlərinə müdaxilə etməsini qınadı.

1132510
Fələstindən Venesuela rəhbərliyinə dəstək

Fələstin Venesuelada baş verən hadisələrdən narahat olduğunu bildirdi və bəzi ölkələrin Venesuelanın qanuni dövlət başçısı Nikola Maduroya qarşı çevriliş cəhdinə və ölkənin daxili işlərinə müdaxilə etməsini qınadı.
 
 Fələstinin rəsmi informasiya agentliyi WAFA-nın yaydığı xəbərə görə, Fələstin Xarici İşlər Nazirliyi Venesuela parlamentinin sədri Xuan Quaydonun (Juan Guaido) özünü "müvəqqəti prezident" elan etməsilə bağlı yazılı bəyanat verib.
 
 Nazirliyin bəyanatında deyilir: "Fələstin dövləti ölkələrin suverenliyi və daxili məsələlərinə hörmət prinsipinə sadiqlik mövqeyini təkrarlayaraq, hərtərəfli və dinc bir milli dialoq yolu ilə daha çox sabitlik, birlik və rifah üçün Venesuelanın qanuni tələbləri ilə həmrəyliyini təsdiq edir. Beynəlxalq hüquqa hörmət göstərən regional və beynəlxalq sistem ilə, Birləşmiş Millətlər Təşkilatı müqaviləsi çərçivəsində birgə yaşama imkanı ilə dövlətlərarası sülh bərqərar edilməlidir". 
 
 Bəyanatda Fələstin dövlətinin Fələstin uğrunda mübarizəsinə hər sahədə daim dəstək verən Venesuela və qanuni lider Maduronu dərindən təqdir etdiyi vuğulanır, Venesuela dövləti və Venesuela xalqı ilə həmrəylik içində olduğuna diqqət çəkilir.
 
 Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo (Juan Guaido) dövlət başçısı Nikolas Maduro hökumətini tanımadıqlarını bildirərək, özünü müvəqqəti prezident elan edib.
 
 ABŞ prezidenti Donald Tramp da ötən gün verdiyi açıqlamada Quaydonu ölkənin "müvəqqəti prezidenti" kimi tanıdığını bildirib.



Әlaqәli Xәbәrlәr