İranda keçən il 66 mindən çox məmur işdən azad edildi

Bu barədə İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) məlumat yayıb. Bildirib ki, İranda qənaət tədbirləri çərçivəsində bir il ərzində 66 min 740 dövlət qulluqçusu işdən azad edilib.

1131504
İranda keçən il 66 mindən çox məmur işdən azad edildi

Tətbiq 6-cı inkişaf proqramı çərçivəsində həyata keçirilib. işdən azad çıxarılanlar Milli Təhsil Nazirliyi başda olmaqla14 nazirlik personalı olub. Məlumata görə təhsil nazirliyindən 35 min, Neft Nazirliyindən 8 min, Maden və Ticarət Nazirliyindən 7 min 654 adamın işinə son qoyulub.

Qeyd edə ki, iqtisadiyyatı neft gəlirinə əsaslanan İranda istehsal iqtisadiyyatı və özəl sektorun zəifliyi işsizliyin artmasına gətirib çıxarır, dövlət idarələrində isə personal sayı həddindən çoxdur.



Әlaqәli Xәbәrlәr