İran ABŞ və Almaniyaya reaksiya göstərdi

İran Almaniya hökuməti tərəfindən Mahan Hava Yollarının uçuş icazələrinin ləğv olunmasına və Amerika Birləşmiş Ştatlarında  nəzarətə götürülən İran dövlət televiziyasının  aparıcısı Mərziyə Haşiminin həbs müddətinin uzadılmasına reaksiya göstərdi.

1131086
İran ABŞ və Almaniyaya reaksiya göstərdi

İran Almaniya hökuməti tərəfindən Mahan Hava Yollarının uçuş icazələrinin ləğv olunmasına və Amerika Birləşmiş Ştatlarında  nəzarətə götürülən İran dövlət televiziyasının  aparıcısı Mərziyə Haşiminin həbs müddətinin uzadılmasına reaksiya göstərdi.
 
 İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Almaniya hökuməti tərəfindən Mahan Hava Yollarının uçuş icazələrinin ləğv olunması barədə yazılı açıqlama verərək, Alman hökumətinin qərarını təəssüflə qarşıladıqlarını bildirdi.
 
 Kasımi Almaniyanın bunu "tələsik və izah edilə bilinməz" qərar kimi səciyyələndirərək dedi: "Bu qərar yəqin ki, iki ölkə arasındakı münasibətlərdən narahat olanlar tərəfindən verilən yanlış məlumatlardan qaynaqlanır".
 
 Qeyd etmək lazımdır ki, Almaniya Nəqliyyat Nazirliyinin sözçüsü Simona Buser bazar ertəsi günü Federal Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında İranın Mahan Hava Yollarına aid uçuş icazələrinin ləğv edildiyini bildirmişdi.
 
 Xarici işlər Nazirliyinin sözçüsü Kristofer Burger (Christopher Burger) də qərara əsas olaraq İran məxfi xidmətinin Avropadakı fəaliyyətləri və İranın Orta Şərqdə daxil olduğu münaqişələri göstərmişdi.
 
 Digər tərəfdən, Kasımi İran dövlət televiziyasının aparıcısı qadın jurnalist Mərziyyə Haşiminin ABŞ-da nəzarətə götürülməsi ilə bağlı ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrənin Tehrandakı səfiri Markus Leitnerin nazirliyə çağırdığını bildirdi.
 
Kasımi:"Mərziyyə Haşiminin nəzarət müddətinin uzanması ilə əlaqədar İranın etirazları İsveçrənin Tehrandakı səfirinə çatdırıldı" dedi.
 
 İran dövlət televiziyasına bağlı olan, ingilis dilində xəbərlər yayımlayan  Press TV-nin aparıcısı amerikan əsilli qaradərili qadın jurnalist Mərziyyə Haşimi keçən həftə ailəsini görmək üçün getdiyi Missuri ştatının  St. Louis şəhərində saxlanılıb.
 
 Press TV jurnalistin yaxınlarına əsaslanaraq verdiyi xəbərdə Haşiminin ABŞ Federal İstintaq Bürosu (FBI) tərəfindən Vaşinqtondakı nəzarət mərkəzinə göndərildiyini bildirilmişdi.
 
 Xəbərdə iranlı jurnalistin nəzarətə götürüldüyü zaman hicabının zorla açılmaq istəndiyi və nəzarət mərkəzində halal qidalardan məhrum edildiyi irəli sürülmüşdü.



Әlaqәli Xәbәrlәr