Həsən Ruhani:“Həqiqət rəsmi Vaşinqton tərəfindən də etiraf edildi”

İran prezidenti Həsən Ruhani  ABŞ-ın bütün sanksiya qərarlarına baxmayaraq hədəfinə çata bilmədiyini və həqiqətin rəsmi Vaşinqton tərəfindən də etiraf edildiyini söylədi.

1131663
Həsən Ruhani:“Həqiqət rəsmi Vaşinqton tərəfindən də etiraf edildi”

İran prezidenti Həsən Ruhani  ABŞ-ın bütün sanksiya qərarlarına baxmayaraq hədəfinə çata bilmədiyini və həqiqətin rəsmi Vaşinqton tərəfindən də etiraf edildiyini söylədi.

Ruhani paytaxt Tehrandakı Nazirlər Kabinetinin iclasından sonra etdiyi müraciətdə ABŞ-ın sanksiyalarına toxunaraq dedi: “ ABŞ neftin ixracı, satışı və bank işlərində İranı təzyiq altında tutmağa cəhd göstərir. Məmnuniyyətlə ifadə etməliyəm ki, neft satışı barədə müxtəlif yollara müraciət edirik və ABŞ-ın sanksiya qərarını pozacağıq. ABŞ bütün sanksiya qərarlarına baxmayaraq hədəfət çata bilmədi. Onlar da bunu etiraf etdilər”.

İran prezidenti Ruhani ABŞ-ın “qəddarcasına və qeyri-qanuni sanksiyalarının” sadəcə xalqın üzərində təzyiq edən bir faktör olduğunu irəli sürərək, aparacaqları yeni fəaliyyətlərlə bankçılıq və digər sahələrdəki sanksiyaları da təsirsiz vəziyyətə salacaqlarını bildirdi.

İran inqilabının 400 illik tarixində enerji istehsalının 2 dəfə artdığını qeyd edən Ruhani bunları dedi : “ Bu günkü neft və təbii qaz ehtiyatları inqilabın ilk illərilə müqayisədə çox yüksək rəqəmlərə çıxıb. Hazırda neft nazirinin açıqladığı yeni neft ehtiyatları da İranın enerji bazarından yox ola bilməyəcək bir ölkə olduğunu ortaya qoymuşdur”.

Ruhani bütün dünyaya açıq şəkildə terrorla mübarizə etdiklərini və maliyyə mövzularında da bu mübarizəni davam etdirəcəklərinə dair zəmanət verə biləcəklərini də sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr