İraqda ABŞ qüvvələrinin ölkədən çıxarılması üçün qanun layihəsi hazırlanır

İraqda İrana yaxın siyasi qruplar Amerika Birləşmiş Ştatları qüvvələrinin ölkədən çıxarılması üçün qanun layihəsi hazırlayır.

1130876
İraqda ABŞ qüvvələrinin ölkədən çıxarılması üçün qanun layihəsi hazırlanır

İraqda İrana yaxın siyasi qruplar Amerika Birləşmiş Ştatları qüvvələrinin ölkədən çıxarılması üçün qanun layihəsi hazırlayır.
 

 İrana yaxın Bina Koalisiyasından olan parlament üzvü Mənsur Buayci bu barədə açıqlama verərək: " Xarici qüvvələrin İraq ərazisindən çıxarılması üçün qanun layihəsi hazırlığının son mərhələlərinə gəlmişik. Bu qanun layihəsi İraq Kürd Regional Rəhbərliyi də daxil olmaqla, bütün hərbi bazaların azad edilməsini ehtiva edir" dedi.
 
 Qanun layihəsinin başa çatdıqdan dərhal sonra məclisə təqdim olunacağını bildirən Buayci: " Bütün siyasi qruplar Iraqın suverenliyini qorumağı hədəfləyən bu qanun layihəsinin lehinə səs verəcək. Layihənin heç bir şəkildə gecikdirmədən məclisdən keçməsi üçün bütün siyasi qruplar arasında da razılaşma əldə olunub" ifadələrini işlətdi.
 
 Layihənin hərbçilər və mütəxəssislərin dəstəyi ilə hazırlandığını qeyd edən Buayci sözünə belə davam etdi: "Topraqlarımızda olan, və ya Suriyadan gələn heç bir xarici qüvvə (ABŞ əsgərləri) qalmayacaq. Biz ordu və Haşdi Şabi qüvvələri ilə ölkəmizi qorumaq və bir xarici əsgərin də nə adla olursa olsun, ölkəmizdə olmasına icazə vermərik".
 
 İranın İraqda ona yaxın olan şiə qruplara "xarici qüvvələrin ölkədən çıxarılması" adı altında ABŞ əsgərlərini hədəf alan qanun layihəsi hazırlamaları üçün təzyiq göstərdiyi iddia edilir.
 
 İraq məclisində olan Bina Koalisiyası İrana yaxın Haşdi Şabi qrupları sabiq Baş nazir Nuri əl-Malikiyə bağlı Qanun Dövləti Koalisiyası və bəzi sünni qruplardan ibarətdir.
 
 ABŞ prezidenti Donald Trampın Suriyadan əsgərlərini çıxarma qərarından sonra buradakı ABŞ qüvvələrinin İraqın xüsusilə, şimalı və qərbində yerləşən hərbi bazalarına yerləşdiyi iddia edilir.



Әlaqәli Xәbәrlәr