“ABŞ İraqdan hǝrbçilǝrini çıxarsın”: Halisi

İraqda şiələrin dini rəhbərlərindən Cəvad əl-Halisi çağırış edib ki, ölkədə ABŞ-ın işğalına qarşı etiraz aksiyası keçirilsin.

1130727
“ABŞ İraqdan hǝrbçilǝrini çıxarsın”: Halisi

 

Paytaxt Bağdadda yaşayan Halisinin ofisindən yayılan "İşğala qarşı cümə səfərbərliyi" başlıqlı bəyanatda, əhali cümə namazından sonra ABŞ-ın işğalına qarşı etiraz nümayişinə dəvət edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Suriyadan çıxaracağı əsgərləri İraqın şimal və qərbindəki bazalarda yerləşdirəcəyi irəli sürülür.



Әlaqәli Xәbәrlәr