İsrail ordusu Suriya ərazilərində İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus hədəflərə hücum etdi

İsrail ordusu Suriya ərazilərində İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı xüsusi qüvvə Feylak əl-Qüdsə məxsus hədəflərə hücum edib.

1129546
İsrail ordusu Suriya ərazilərində İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus hədəflərə hücum etdi

İsrail ordusu Suriya ərazilərində İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı xüsusi qüvvə Feylak əl-Qüdsə məxsus hədəflərə hücum edib.

Ordunun açıqlamasında “İsrail müdafiə ordusu hazırda Suriyada Feylak əl-Qüdsə məxsus hədəfləri vurur” ifadəsi yer tutub.

Açıqlamada Suriya rejiminə İsrail torpaqlarını yaxud da qüvvələrini hədəf almağa qarşı xəbərdarlıq edilib.

Digər tərəfdən Suriya xəbər agentliyi SANA-nın hərbi bir səlahiyyətliyə əsaslandırdığı xəbərdə İsrailin qurudan və havadan idarə olunan raketlərlə Suriya torpaqlarına hücum etdiyi, Suriya hava müdafiə sistemlərinin hücuma mane olduğu və raketlərin çoxunu hədəfinə çatmadan məhv etdiyi bildirilib.

SANA xəbər agentliyi daha əvvəl də İsrailin bəhs mövzusu hücumunun Livan torpaqları, Əl-Cəlil və Taberiyye gölü üzərində həyata keçirdiyi, ancaq hava müdafiə sistemlərinin onlarlasını məhv etdiyi məlumatını yaydı.

Raketlərin məhv edilmə anı ilə əlaqədar video görüntülər paylaşım edildi.

Qeyd edək ki, İsrail ordusu dünən axşam Qolan təpələrinin şimalına bir raket atıldığını və bunun Dəmir qüvvə hava müdafiə sistemi tərəfindən məhv edildiyini bildirmişdi.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu keçən həftə İsrail ordusunun son 36 saat ərzində Dəməşqdə aralarında İrana məxsus silah anbarlarının da olduğu “İrana və Hizbullaha məxsus” yerlərin vurulduğunu ifadə edərək, İsrailin daha əvvəl də oxşar hücumlar həyata keçirdiyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr