İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri ölkəsinin Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.

1127185
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir

"İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". 

Bunu Azərbaycanda səfərdə olan  İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri prezident İlham Əliyevin qəbulunda olan zaman deyib.  

Qonaq qəbul zamanı qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlik İran xalqı tərəfindən sevinclə qarşılanır.

Məhəmməd Baqeri  iki ölkə xalqlarının əsrlər boyu müştərək tarixə və mədəniyyətə malik olduğunu deyib və əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb.

Baş Qərargah rəisi bildirib ki, İran bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır".

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş edib və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirib. Dövlət başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırıb. 

Məhəmmd Baqeri Azərbaycana səfəri çərçivəsində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə də görüşüb.

Görüşdə Azərbaycan və İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorla mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr