Mahmud Abbas BMT Baş katibi ilə görüşdü

Fələstin hökumətinin rəhbəri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının Baş katibi  Antonio Quterreş (Antonio Guterres) ilə görüşdü.

1125724
Mahmud Abbas BMT Baş katibi ilə görüşdü

 

 Fələstin hökumətinin rəhbəri Mahmud Abbas Fələstinin BMT-nin Baş Qərargahında inkişaf etməkdə olan ölkələrin yaratdığı G77+Çin Qrupunun sədrliyini təhvil alacağı tədbirdən əvvəl BMT Baş katibi Antonio Quterreş ilə (Antonio Guterres) görüşdü.
 
 Abbas mətbuata qapalı keçirilən görüşdən sonra jurnalistlərin Fələstinin BMT-yə tam üzvlük üçün müraciət edib-etməyəcəyi barədə verdikləri suala cavab vermədən BMT-nin Baş Qərargahını tərk etdi.
 
 Abbası müşayiət edən Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur isə Abbas və Quterreş görüşünün çox yaxşı keçdiyini bildirdi.
 
 Abbas BMT-nin 73-cü Baş Məclisinin sədri Mariya Fernanda Espinosa ilə də görüşdü.
 
 Qeyd edək ki, BMT Baş Məclisi oktyabr ayında Fələstinin inkişaf etməkdə olan ölkələrin yaratdığı G77+Çin Qrupunun sədri olmasına dəstək verən qətnamə qəbul etmişdi.
 
 146 üzv ölkə Fələstinin sədrliyinin lehinə, Amerika Birləşmiş Ştatları, İsrail və Avstraliya isə əleyhinə səs vermişdilər.
 
 BMT üzvü olmayan Fələstin G77+Çin Qrupunun sədri kimi qrup adından bəyanat verərkən və təkliflər edərkən üzv ölkə kimi hərəkət edə biləcək və cavab vermə hüququndan istifadə edəcək.
 
 BMT Baş Məclisi 2012-ci ildə Fələstinin "müşahidəçi quruluş"  statusunun "üzv olmayan müşahidəçi dövlət" statusuna yüksəldilməsinə qərar vermişdi.
 
 Bu qərarla Fələstin BMT Baş Məclisindəki bəzi səsvermələrə və BMT nəzdindəki beynəlxalq təşkilatlara qoşulmaq hüququ qazanmışdı.



Әlaqәli Xәbәrlәr