İran ABŞ ilǝ danışıqlara başlaya bilǝr

ABŞ İrana sanksiya tǝtbiqinǝ son qoyarsa danışıqlara başlaya bilǝrik. Bunu İran prezidenti Həsən Ruhani deyib.

1126158
İran ABŞ ilǝ danışıqlara başlaya bilǝr

İran dövlət telekanalının xǝbǝrinǝ görǝ, Hǝsǝn Ruhani Gülistan əyalətində keçirilǝn İdarə Heyəti yığıncağındakı çıxışında, ABŞ-ın sanksiyalar ilǝ İranı təcrid etməyə çalışdığını,ancaq bunun reallaşmasının qeyri mümkün olduğunu vurğulayıb.

ABŞ-nın sanksiya tǝtbiqinǝ görǝ bir müddǝtdǝn bǝri ölkǝsinin iqtisadi tǝzyiq ilǝ qarşı-qarşıya gǝldiyinǝ diqqǝt çǝkin Hǝsǝn Ruhani: “Düzdür ölkǝnin iqtisadi vǝziyyǝti yaxşı deyil ancaq sanksiyalardan da qorxmuruq vǝ heç bir hǝdifimizdǝn güzǝştǝ getmiyǝcǝyik. ABŞ ilǝ yanaşı İsrail vǝ bəzi Körfəz ölkələri dǝ İran ǝleyhinǝ iqtisadi müharibǝ başladıblar. İranın bu müharibǝdǝn tǝsirlindiyi aşkardır. Lakin qarşı tǝrǝfǝ dǝ zǝrǝ diyir. Düşmənin bütün tǝhriklǝrinǝ baxmayaraq müharibǝni başladan tǝrǝf olmadığımız üçün qürurluyuq. İranın bankdarlıq sistemi başda olmaqla xarici valyuta gəlirlərini, neft ixracını və nǝqliyyatını hǝdǝfǝ götürǝn sanksiyalar tǝbii olaraq iqtisadiyyatımıza zǝrbǝ endirir vǝ bundan isǝ xalqımız mǝnfi tǝsirlǝnir. Bu tǝzyiqdǝn xilas olmağımız asan olmasa da heç nǝdǝn güzǝştǝ getmǝrik. İranı müzakirǝ stolunda oturtmağın yolu sanksiya tǝtbiq etmǝk deyil. ABŞ-ın İrana istiqamǝtli izlǝdiyi bu siyasǝt sǝhvdir. Bizimlǝ stol başında ǝylǝşmǝk istǝyirsǝ bu sǝhv siyasǝtindǝn imtina edǝrǝk müvafiq yollara istiqamǝtlǝnmǝli, İran xalqına hörmǝt etmǝli vǝ sanksiya tǝtbiqinǝ son qoymalıdır.

 



Әlaqәli Xәbәrlәr