“Ölkəm ilə Türkiyə arasında olan bütün böhranlar həllini tapdı”, S. Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin Türkiyə ilə yaşadığı bütün çətinliklərin öhdəsindən gəldiyini söylədi.

1122635

“Ria” xəbər agentliyinin məlumatına görə, Ryabkov Hindistanda iştirak etdiyi tədbirdəki çıxışında Türkiyə-Rusiya münasibətlərinə toxunaraq deyib ki, iki ölkə arasında keçmişdə yaşanan böhran və nəticələri hazırda əlaqələri təsir etmir. Bütün çətinliklərin öhdəsindən gəldik. Tariximizdə çətin anlar olub. Eynilə İranla olduğu kimi. Lakin hazırda qarşımızda müsbət bir gündəm var.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Türkiyə ilə iqtisadiyyat, enerji sahələrində və Qara dənizdə əməkdaşlıq içərisində olduqlarını da xatırladıb.

Әlaqәli Xәbәrlәr