Bağdadda bir jurnalist öldürülüb

İraqın paytaxtı Bağdadda bir jurnalist vurularaq öldürülüb.

1123265
Bağdadda bir jurnalist öldürülüb

İraqın paytaxtı Bağdadda bir jurnalist vurularaq öldürüldü.

İraq Polis Bölməsində vəzifəli zabit Hatəm Cabiri Anadolu xəbər agentiliyən verdiyi açıqlamada “Alhurra TV” kanalında foto-müxbir işləyən Samr Əli Şekaranın vurularaq öldürüldüyünü söyləyib.

Şekarının meytinin təhlükəsizlik qüvvələri tərəfindən paytaxt Bağdadın qərbində yol kənarında tapıldığını bildirən Cabiri jurnalistin bədənində güllə izlərinin aşkarlandığını qeyd edib.

Cabiri hadisə ilə əlaqəli istinqata başlandığını ifadə edib.

İraqda söz azadlığı sahəsində işliyən “Müstakbel” mərkəzi jurnalist Şekaranın öldürülməsini qınayaraq, Baş nazir Adil Əbdülmehdiyə jurnalisti qətlə yetirənlərin ədalətə təhvil verilməsi üçün çağırış etdi.  

Şekara ABŞ tərəfindən maliyyələşdirildiyi məlum olan, İraqda mərkəzi qərargahı olan “Alhurra TV”-də foto-müxbir işləyirdi.



Әlaqәli Xәbәrlәr