Polis məntəqəsinə hücum, 13 nəfər ölüb

Terror təşkilatı taliban, Əfqanıstanın Bəlx əyalətinin Çaharbulak rayonunda polis məntəqəsinə hücum təşkil edib.

1122244
Polis məntəqəsinə hücum, 13 nəfər ölüb

Bəlx icra hakimiyyətinin sözçüsü Münir Əhməd Fərhad, jurnalistlərə verdiyi açıqlamada terror təşkilatı taliban üzvü silahlıların Çaharbulakdakı polis mərkəzinə hücumu nəticəsində 13 polis əməkdaşının həyatını itirdiyini bildirib. Fərhad qeyd edib ki, hadisədən sonra bölgəyə cəlb olunan əlavə qüvvələr terroristləri geri oturdublar.

Taliban isə hücum nəticəsində 24 əsgər və polisin öldürüldüyünü irəli sürüb.



Әlaqәli Xәbәrlәr