Əfqanıstanda qızıl  mədənində uçqun baş verib

Əfqanıstanın şimal-şərqində  yerləşən  Badahşan vilayətinin Kohistan rayonunda bir qızıl mədənində baş verən uçqun nəticəsində azı 30 fəhlə həyatını itirib, 15-i yaralanıb.

1120700
Əfqanıstanda qızıl  mədənində uçqun baş verib

Badahşan vilayəti mətbuat katibi Nik Məhəmməd Nəzəri Kohistanın Şapu bölgəsindəki qızıl mədənində işçilərin çalışdığı zaman uçqun meydana gəldiyini bildirib. 30 fəhlənin həyatını itirdiyini ifadə  edən Nəzəri 15 fəhlənin xəsarət aldığını deyib. Nəzəri yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu, ölənlərin sayının artmasından narahatlıq duyulduğunu qeyd edib. Onun  sözlərinə  görə  həmin yataqda minlərlə fəhlə qanunsuz şəkildə qazıntı aparır.

Qeyd  edək  ki, mədən  yataqları  baxımından  zəngin olan bölgədə  terror təşkilatı  taliban da qazıntılar aparır.   



Әlaqәli Xәbәrlәr