“Xaşoqçi ilə əlaqəli istintaq şəffaf olmalıdır”

Birləşmiş Millətlər Təşkilatı (BMT), Səudiyyə jurnalisti Camal   Xaşoqçinin  qətli  ilə  əlaqəli istintaqın    şəffaf  və    hərtərəfli  aparılması   haqqında   çağırış  edib.

1119050
“Xaşoqçi ilə əlaqəli istintaq şəffaf olmalıdır”

BMT Baş katibinin sözçüsü Farhan Haq gündəlik mətbuat konfransında   Xaşoqçinin   qətlinə   dair   ünvanlanan  sualları  cavablandırıb. 

Haq Anadolu Agentliyi   müxbirinin  ünvanladığı, “BMT Xaşoqçinin  qətli  ilə   əlaqəli   məhkəmə  prosesini   izləyir mi”,  sualına : “ Cinayət  ilə   əlaqəli    cərəyan  edən  son  prosesləri   izləyirik. İstintaq  və  məhkəmə  prosesi şəffaf  və   çoxtərəfli  davam etməlidir”-deyə cavab verib.

Xatırladaq  ki, Səudiyyə jurnalist Camal  Xaşoqçi 2 oktyabrda İstanbulda Səudiyyə Ərəbistanı Baş Konsulluğunda  qətl  edilmişdi. 

 



Әlaqәli Xәbәrlәr