İranda təqaüdçülərin aksiyaları davam edir

İranın paytaxtı Tehranda, təqaüdçü müəllim və tibb bacılarının da iştirak etdikləri xeyli sayda təqaüdçü milli məclisin qarşısında toplanaraq hökumət əleyhinə aksiya keçiriblər.

1117858
İranda təqaüdçülərin aksiyaları davam edir

Təqaüdçülər hüquqlarının taptalandığını və məvaciblərinin qeyri-kafi olduğunu səsləndiriblər.

İnflyasiya qarşısında dayanacaq güclərinin qalmadığını ifadə edən təqaüdçülər maaşlarının artırılmasını tələb ediblər.

İran İşçi Xəbər Agentliyi ILNA-ya görə, təqaüdçülər, yeni il büdcəsində qanuni haqqlarının nəzərə alınmadığını bu səbəbdən büdcənin yenidən tənzimlənməsini istəyirlər.

Təqaüdçü əsgərlər də maaşlarının yaxşılaşdırılması tələbi ilə ötən ay milli məclisin qarşısında toplanaraq aksiya keçirmişdilər.



Әlaqәli Xәbәrlәr