“ABŞ neft  ixracımıza  mane ola bilməyəcək”

Amerika Birləşmiş Ştatları (ABŞ) Tehranın neft, qaz və neft məhsulları ixracının qarşısını ala bilməyəcək. Bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabineti yığıncağından sonra verdiyi açıqlamada deyib.

1117948
“ABŞ neft  ixracımıza  mane ola bilməyəcək”

Ölkədəki iqtisadi vəziyyət və regional proseslərə münasibət bildirən Ruhani Son 9 aylıq dövrdə qeyri-neft məhsul ixracında 750 milyon dollar artım qeydə alındığını, ABŞ-ın təzyiqinə baxmayaraq iqtisadiyyatın ümid bəxş etdiyini vurğulayıb.

Vəzifəyə başladığında ölkǝdǝ   işlǝ  tǝmin olunanların sayının 20 milyon 600 min olduğunu ifadə edən Ruhani, mişqulluğun  artdığını,  bu  rǝqǝmin   24 milyona çatdığını, ancaq  işsizlik problemininin hələ də davam etdiyini, lakin 15 əyalətdə məşqulluğu artırmaqda uğurlu olduqlarını qeyd edib.

ABŞ, İranın neft ixracının qarşısını alabilməyəcəyini və rəsmi Tehranın uğurlu addımlarla yoluna davam edəcəyini ifadə edən Ruhani: "Neft satışımız gözlədiyimiz kimi davam edir”.

Ruhani, ABŞ prezidenti Donald Trampın keçən həftə İraqın Ənbar vilayətindəki Aynül Əsəd Hərbi bazaya "sürpriz" ziyarətinə də reaksiya verib. ABŞ-ın 2003-cü ildə Əfqanıstan və İraqın xilaskarı olduğuna dair iddialarını xatırladaraq: "Əgər bu iddialarınız doğrudursa nə üçün İraqa qeyri rəsmi və məxfi ziyarət reallaşdırırsınız? Qaranlıq bir gecədə məxfi olaraq əhəmiyyətsiz bir bazanı ziyarət edib, fotoşəkil çəkdirib və 1-2 saat ərzində İraqdan ayrılmanız, sizin bu bölgədə məğlubiyyətinizin, uğursuzluğunuzun, İraq xalqının sizi istəmədiyinin, sizin isə xalqın huzuruna çıxacak cürətə sahib olmadığınızın göstəricisidir”- deyə Ruhani bildirib.



Әlaqәli Xәbәrlәr