Növbəti yığıncaq Rusiyada keçiriləcək

Rusiya prezidenti Vladimir Putinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Rusiya, Türkiyə və İran arasında Suriya mövzunda keçiriləcək növbəti üçlü zirvə yığıncağının yanvar ayının ilk həftəsində Rusiyada təşkil ediləcəyini söylədi.

1115272

Mətbuat konfransı keçirən Boqdanov bildirdi ki, Türkiyə və İran liderlərilə Putin arasındakı üçlü zirvə yığıncağı növbəti dəfə Rusiyada baş tutacaq. İlin ilk həftəsində keçirilməsindən danışıldı, yığıncağın dəqiq tarixi liderlərin proqramından asılı olacaq.

Qeyd edək ki, əvvəlki üçlü zirvə yığıncağı sentyabrın 7-də İranın paytaxtı Tehranda keçirilmişdi.

Әlaqәli Xәbәrlәr