YPG/PKK terrorçuları Münbiç ətrafında yeni tunellər qazırlar

Suriyada separatçı terror təşkilatı YPG/PKK Fərat çayının qərbində işğal etdiyi Münbiç rayon mərkəzinin ətrafında yeni tunellər qazır.

1114741
YPG/PKK terrorçuları Münbiç ətrafında yeni tunellər qazırlar

Suriyada separatçı terror təşkilatı YPG/PKK Fərat çayının qərbində işğal etdiyi Münbiç rayon mərkəzinin ətrafında yeni tunellər qazır.
 
 Elektrik çəkilərək işıqlandırılan tunellərdə iş alətləri və əl arabaları da var.
 
 Əyilmədən, təchizatla rahatlıqla yeriyə bilinəcək  genişlikdə qazılan tunellər rayon mərkəzini çevrələyir.
 
 Terrorçular  qayalıq sahələrin içində qazdıqları tunellər vasitəsilə hava hücumlarından qorunmağı və qaçmağı düşünürlər.
 
 Peyk fotoşəkillərində də sözügedən tüneller incə ağ xətlər şəklində görünür.
 
 Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) "Zeytun Budağı" əməliyyatında xilas etdiyi Afrinin mərkəzində və ətrafında də terrorçulara aid çoxlu sayda tunel və yeraltı sığınacaq müəyyən olunmuşdu.



Әlaqәli Xәbәrlәr