İranda təhlükəsizlik qüvvələrilə silahlı qrup arasında toqquşma baş verib

İranın Kirman əyalətində təhlükəsizlik qüvvələrilə silahlı qrup arasında baş verən toqquşma nəticəsində iki polis əməkdaşı həyatını itirib.

1114662

İran dövlət televiziyasının məlumatına görə, Kirman əyalətinə bağlı Berdsir qəsəbəsində şübhəli görülən bir avtomobil təqib edilməyə başlanıb. 

Təqib zamanı silahlıların içində olduğu avtomobil yolu aşıb.

Bu zaman qaçmaq istəyən silahlı şəxslər tərəfindən polislərə açılan atəş nəticəsində iki polis əməkdaşı həyatını itirib, ikisi isə xəsarət alıb. 

Silahlıları yaxalamaq üçün genişmiqyaslı əməliyyatın davam etdiyi bildirilib. 

Әlaqәli Xәbәrlәr