Ukraynaya qarşı yeni iqtisadi sanksiyalar qüvvəyə mindi

Rusiya Prezident Aparatı mətbuat xidmətindən verilən məlumata görə...

1113651
Ukraynaya qarşı yeni iqtisadi sanksiyalar qüvvəyə mindi

  Rusiyanın Baş naziri Dmitri Medvedyev Ukraynaya qarşı sanksiyaları genişləndirən qərarı imzalayıb.

  Rusiya Prezident Aparatı mətbuat xidmətindən verilən məlumata görə, artıq qüvvəyə minən qərara görə, Ukraynaya qarşı iqtisadi sanksiyalara 200 nəfərin adı və yenə bir neçə şirkət əlavə olunub.

  D.Medvedev “twitter”dən bildirib: “Bu qərar Rusiya dövləti vətəndaşları və şirkətlərinin haqlarını qorumaq üçün verilmişdir".  

 Xatırladaq ki, Rusiya 2018-ci ilin 1 noyabrdan qüvvəyə minən qərarla 322 Ukrayna vətəndaşı və 68 Ukrayna şirkətinə iqtisadi sanksiya tətbiq etməyə başlayıb. Siyahıda Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko, Daxili İşlər naziri Arsen Avakov, Ukrayna parlamentinin sədri Andrey Parubi, keçmiş baş nazirlər Arseni Yatsenyuk və Yuliya Timoşenko, P.Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko və Ukraynanın dövlət qaz şirkəti “Naftoqaz”ın sədri Andrey Kobolev kimi adlar yer alır.

  Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində baş verən böhranla əlaqədar rəsmi Kiyev rəhbərliyi 2014-cü ildən Rusiyaya müxtəlif iqtisadi sanksiyalar qoymuşdu. Sözügedən gedən sanksiyalar arasında Rusiyadan birbaşa təbii qaz idxalının dayandırılması, Rusiya banklarına qadağalar və iki ölkə arasındakı hava hərəkətinin məhdudlaşdırılması kimi tədbirlər vardır.



Әlaqәli Xәbәrlәr