İraq qüvvәlәri DEAŞ-a ağır zәrbәlәr endirib

Bu barәdә Kәrkük Polis İdarәsinin mәtbuat katibi Afrasyav Kamil mәlumat verib.

1113670
İraq qüvvәlәri DEAŞ-a ağır zәrbәlәr endirib

İraqın Kәrkük şәhәrindә tәhlükәsizlik qüvvәlәrinin iki evә tәşkil etdiyi basqın nәticәsindә 8 DEAŞ üzvü saxlanılıb.

Bu barәdә Kәrkük Polis İdarәsinin mәtbuat katibi Afrasyav Kamil mәlumat verib.

‘‘Kәrkükdәki  iki ayrı evә tәşkil edilәn basqın nәtitәcәsindә terror tәşkilatı DEAŞ-ın 8 üzvü saxlanılıb’’,-deyә Polis İdarәsinin rәsmisi qeyd edib.

Afrasyav Kamil tәşkil edilәn basqın nәticәsindә terror tәşkilatına mәxsus çox sayda silah-sursatın da  әlә keçirildiyini bildirib.

Mәlumatda terrorçuların Kәrkükdә hücumlara hazırlaşdıqları vurğulanıb.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ dünәn Kәrkükdә 19 nәfәri girov götürüb.

İraq Federal Polis İdarәsinin rәsmisi  Etir Mәhәmmәd verdiyi açıqlamada bölgәdә terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyat keçirilәcәyini ifadә edib.

 



Әlaqәli Xәbәrlәr