BƏƏ-dən Pakistana 3 milyard dollar yardım

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadi problemlərə qarşı mübarizə aparan Pakistana 3 milyard dollar mali yardım qərarına gəlib.

1112807
BƏƏ-dən Pakistana 3 milyard dollar yardım

Məlumata görə nəzərdə tutulan 3 milyard dollarlıq yardım Dövlətə məxsus Abu-Dabi İnkişaf Fondu tərəfindən qıssa müddətdə Pakistan Dövlət Bankına köçürüləcək.

Pakistan Baş naziri İmran Xan, yardım qərarını öyrəndikdən sonra “Twitter” hesabından BƏƏ rəhbərliyinə minnətdarlığını bildirib. Qərarın  BƏƏ ilə Pakistan arasındakı keçmişə əsaslanan güclü əlaqələrin göstiricisi olduğunu, iqtisadi problemlər ilə qarşı-qarşıya gələn pakistanın Körfəz ölkələrinin köməyinə ehtiyac duyduğunu vurğulayıb.

Digər tərəfdən Səudiyyə Ərəbistanı da Oktyabr ayında ödəniş balansını dəstəkləmək üçün Pakistana illik 3 milyard dollar verəcəyini açıqlamışdı.

Avqustda Baş nazir postuna əyləşən Xan, ölkənin qarşıdakı günlərdə vaxtı çatacaq olan ödənişləri üçün borç pul toplamaq məcburiyyətində olduqlarını, bu səbəblə BVF-dan başqa bütün dost ölkələrin qapısını döyəcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr