Azad Suriya ordusuna bağlı hərbi hissələr Münbiçə cəlb olundu

Türk silahlı qüvvələri tərəfindən həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində terroristlərdən təmizlənən ərazilərdəki cəbhə xəttlərinə Azad Suriya Ordusu tərəfindən hərbi hissə cəlb olundu.

Azad Suriya ordusuna bağlı hərbi hissələr Münbiçə cəlb olundu

Azad Suriya ordusu, təlimlərini tamamlayan qüvvələri ağır texnikalar və silahlar ilə birlikdə separatçı terror təşkilatı YPG / PKK ilə Bəşər Əsəd qüvvələrinin olduğu sərhəd xəttlərinə istiqamətləndirdi.

YPG / PKK-nın işgal etdiyi Münbiç bölgəsinə cəlb olunan qüvvələrin Türkiyənin Münbiçə planlaşdırdığı əməliyyatda əhəmiyyətli vəzifə öhdələnəcəyi qeyd edilir.

Bölgəyə cəlb olunan hərbi hissələrin komandirlərindən Mayor Əbu Yezen Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada hərbi qüvvələrin terror təşkilatlarının işğal etdikləri bölgələrdə cebhə xəttinə cəlb olunduğunu bildirib.

Munbiçdəki dinç əhalinin YPG / PKK-nın olduğu ərazilərə yaxınlaşmamalarının zəruri olduğunu ifadə edən Mayor, Münbiçi terrorçulardan təmizləyəcəklərini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr