ABŞ-a məxsus təyyarə daşıyıcı gəmisinin İran su ərazilərinə yaxınlaşmasına imkan verilməyəcək

İran Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Habibullah Səyyari ABŞ-a məxsusu təyyarə daşıyıcı gəmisi "USC John C. Stennis"in İran su ərazilərinə yaxınlaşmasına imkan verilməyəcəyini söylədi.

1112636
ABŞ-a məxsus təyyarə daşıyıcı gəmisinin İran su ərazilərinə yaxınlaşmasına imkan verilməyəcək

İran Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Habibullah Səyyari İran Ordusu Dafus Universitetinin keçirdiyi "Araşdırmaçıları təqdir mərasimi"ndə iştirak etdi.

Mərasimdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Səyyari: "Bu döyüş gəmisi uzun müddətdir Fars körfəzində görünmür, amma onun kimi gəmilər hər zaman vardı. Biz "Stennis"in  heç bir şəkildə sularımıza yaxınlaşmasına icazə verməyəcəyik" dedi.

Səyyari Amerika Birləşmiş Ştatlarının onlara qarşı addımlar ata bilməyəcəyini və keçirdikləri hərbi təlimlərlə Amerika Birləşmiş Ştatlarının güc nümayişinə qarşı dura biləcəklərini qeyd etdi.

ISNA-nın yaydığı xəbərə görə, ABŞ-ın bölgəyə döyüş gəmisi göndərməsinin onlar üçün əhəmiyyət kəsb etmədiyini vurğulayan Səyyari ölkələrini müdafiə etməyə hazır olduqlarını söyləyib.

ABŞ təyyarə daşıyıcı gəmisi" USS John C. Stennis" dörd gün əvvəl Fars körfəzinə girərək, diqqət cəlb etmişdi.

"Stennis" təyyarə daşıyıcı gəmisinin rəhbərlik etdiyi hərbi gəmilərin Fars körfəzinə daxil olması zamanı İran İnqilab Keşikçiləri Ordusuna məxsus təxminən 30 gəmi onları müşayiət etmiş və gəmi qrupuna yaxın məsafəyə raket atmışdı

İran Fars körfəzində ABŞ hərbi gəmilərinə qarşı genişmiqyaslı təlimlər keçirmişdi.
 



Әlaqәli Xәbәrlәr