ABŞ  terror tәşkilatı DEAŞ-a ağır zәrbәlәr endirdi

Bu barәdә peşmәrgә qüvvәlәrinin komandanı polkovnik Ziryan Şeyx Vesani mәlumat verib.

1111196
ABŞ  terror tәşkilatı DEAŞ-a ağır zәrbәlәr endirdi

Amerika Birlәşmiş Ştatlarının İraqdakı birliklәri  terror tәşkilatı DEAŞ-ın Mosulun Mahmur bölgәsindәki mövqelәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә peşmәrgә qüvvәlәrinin komandanı polkovnik Ziryan Şeyx Vesani mәlumat verib. Ziryan Şeyx Vesani terror tәşkilatı DEAŞ-ın Karacak dağındakı mövqelәrinin bombalandığını deyib.

Mahmur bölgәsindә tәxminәn 300 terrorçunun olduğunu bildirәn Vesani bombardman haqqında әtraflı mәlumatlarının olmadığını deyib.

ABŞ-a aid döyüş tәyyarәlәri Mahmur bölgәsindәki mövcudluğunu davam etdirәn terror tәşkilatı DEAŞ-ın Karacak dağındakı mövqelәrinә zәrbәlәr endirir.

Qeyd edәk ki, İraq ordusu vә peşmәrgә qüvvәlәri dә vaxtaşırı terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyatlar keçirir.

 



Әlaqәli Xәbәrlәr