Riyad Mənsur: "ABŞ-ın Orta Şərq planının müvəffəqiyyətli olma imkanı yoxdur"

Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Riyad Mənsur Amerika Birləşmiş Ştatlarındakı Tramp rəhbərliyinin Orta Şərq planını uğursuz bir plan kimi səciyyələndirdi.

1109619

 Mənsur BMT Baş Qərargahında jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidenti Donald Trumpın sülh planı ilə bağlı: "Bu planın müvəffəqiyyətli olma imkanı yoxdur, süquta uğrayacaq" dedi.
 
 Vəzifəsini ilin sonunda başa çatdıracaq ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli (Nikki Haley) ilə bağlı da şərh verən Fələstin nümayəndəsi Heylinin hələ də aqressiv və İsrail tərəfdarı olduğunu qeyd etdi.
 
Mənsur: "Heyli təəssüf ki, israillilərdən daha çox israilli kimi davrandı, Fələstin xalqına qarşı hədsiz dərəcədə düşməncəsinə  bir mövqe nümayiş etdirdi" ifadəsini işlətdi.

Әlaqәli Xәbәrlәr