Ordu pilotsuz uçuş aparatını düşürdü

Yəmən ordusu ölkənin şərqində yerləşən Marib vilayətində Husilərə məxsus pilotsuz uçuş aparatıni düşürdü.

1109730
Ordu pilotsuz uçuş aparatını düşürdü

Orduya məxsus 26sepnews.net saytında əks edən məlumata görə, Maribin cənubundakı Harib və Əl-Cuba rayonları arasında yerləşən ərazidə 26-cı Mika Briqadası tərəfindən düşürülən pilotsuz uçuş aparatı İran istehsalıdır. Bildirilib ki, aparat partlayıcı daşıyırdı.

Qeyd edək ki, Yəmən ordusu daha əvvəl də ölkənin müxtəlif bölgələrində Husilərə məxsus pilotsuz aparatları düşürdüyünü açıqlamışdı.

Uzun müddətdir siyasi sabitsizliyin hökm sürdüyü Yəməndə Husilər ilə ölkənin legitim hökumət qüvvələri arasında qarşıdurmalar davam edir.

Husilər, 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sana və bəzi bölgələrə nəzarəti ələ keçiriblər. Səudiyyə Ərəbistanı isə, Yəmən hökumətinə Husilərə qarşı mübarizəsində lazımlı dəstəyi verməkdə davam edir.



Әlaqәli Xәbәrlәr