Netanyahu: "İrana agent göndəririk"

İsrailin Baş naziri Binyamin Netanyahu nüvə proqramına nəzarət etmək üçün müəyyən fasilələrlə İrana agent göndərdiklərini bildirdi.

1108479
Netanyahu: "İrana agent göndəririk"

 İsrailin Baş naziri Binyamin Netanyahu  Xarici işlər Nazirliyində israilli diplomatlarla görüşdü.

 Toplantıda çıxış edən Netanyahu İsrail agentlərinin İranın nüvə planlarının qarşısını almaq üçün bu ölkədə əməliyyatlar keçirməyə davam etdiklərini bildirdi.
 
 İranın nüvə proqramına qarşı bütün dünyada mübarizə etdiklərini dilə gətirən Netanyahu: "Nələrin baş verdiyini görmək üçün müəyyən fasilələrlə İrana da gedirik" ifadəsini işlətdi, lakin təfsilata varmadı.
 
 Qeyd etmək lazımdır ki, İsrailin Baş naziri aprel ayının sonunda verdiyi açıqlamada İsrail kəşfiyyatının İranın nüvə silahı istehsal etmək üçün gizli bir proqram üzərində işlədiyinə dair dəlillər əldə etdiyini iddia etmişdi.
 
 Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp İran ilə P5+1 ölkələri arasında (ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) 2015-ci ildə imzalanan nüvə müqaviləsini mayın 8-də birtərəfli şəkildə ləğv etdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr