"İran bir şərtlə ABŞ-la dialoqa hazırdır", M.C.Zərif

Qətərdə 18-ci Doha Forumunda iştirak edən M.C.Zərif çıxışında Amerika Birləşmiş Ştatları ilə əvvəllər dialoqları olduqlarını və bunun razılaşma ilə nəticələndiyini, ancaq prezident Donald Tramp hökumətinin bu anlaşmadan vaz keçdiyini xatırladaraq dedi...

1107743
"İran bir şərtlə ABŞ-la dialoqa hazırdır", M.C.Zərif

  İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin 2015-ci ildə imzalanan nüvə sazişinə hörmət göstərilməsi şərtilə rəsmi Vaşinqtonla birbaşa dialoqa hazır olduqlarını söylədi.

  Qətərdə 18-ci Doha Forumunda iştirak edən M.C.Zərif çıxışında Amerika Birləşmiş Ştatları ilə əvvəllər dialoqları olduqlarını və bunun razılaşma ilə nəticələndiyini, ancaq prezident Donald Tramp hökumətinin bu anlaşmadan vaz keçdiyini xatırladaraq dedi:

  “ABŞ nüvə müqaviləsindən geri çəkilərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qərarını pozdu və onun tərəfində olmayanları sanksiyalarla təhdid etdi. İran 2015-ci ildə imzalanan nüvə sazişinə hörmət göstərilməsi şərtilə rəsmi Vaşinqtonla birbaşa dialoqa hazırdır.”

  Yəmən müharibəsinə da toxunan İran Xarici İşlər naziri ABŞ-ın buradak; rolunu da tənqid edərək deyib:

  "Yəməni bombalayan təyyarələr İrana deyil, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə aiddir. Bunları havadan yanacaqla təmin edən isə amerikalılardır.”

  M.C.Zərif Səudiyyə Ərəbistanını Qətər blokadası və jurnalist Camal Xaşoqci cinayətində oynadığı hərəkətlərinə görə də ittiham edərək rəsmi Riyad rəhbərliyini Orta Şərqdə gərginliyi artırmağa çalışmaqda günahlandırdı.



Әlaqәli Xәbәrlәr