İsrailli nazir Həmas liderlərinə qarşı sui-qəsdə çağırdı

İsrailin Mədəniyyət və İdman naziri Miri Regev İordan çayının işğal altındakı qərb sahilində 2 israillinin öldürüldüyü hücumdan sonra Həmas liderlərinə qarşı sui-qəsdə çağırdı.

1106459
İsrailli nazir Həmas liderlərinə qarşı sui-qəsdə çağırdı

İsrailin Mədəniyyət və İdman naziri Miri Regev İordan çayının işğal altındakı qərb sahilində 2 israillinin öldürüldüyü hücumdan sonra Həmas liderlərinə qarşı sui-qəsdə çağırdı.
 
 Regev "Twitter" hesabı vasitəsilə bölüşdüyü ismarışında İordan çayının işğal altındakı qərb sahilində "Ofra" yəhudi qeyri-qanuni yaşayış məntəqəsi yaxınlığında bu səhər təşkil olunan və 2 israillinin ölümünə, 2-nin də yaralanmasına səbəb olan silahlı hücuma görə Həması günahlandırdı.
 
 Həmas liderlərinə qarşı sui-qəsdə çağıran Regev: "İlanın başını əzib Həmas liderlərini hədəf alsaq, terror təşkilatı oyunun qaydalarının dəyişdiyini görər" ifadələrini işlətdi.
 
 Son günlərdə İordan çayının işğal altındakı qərb sahilində və Şərqi Qüdsdə gərginlik getdikcə artır.
 
 Bu səhər İordan çayının işğal altındakı qərb sahilində   "Ofra"  qeyri-qanuni yəhudi yaşayış məntəqəsi yaxınlığında yol kənarında gözləyənlərin üzərinə atəş açılması nəticəsində 2 israilli həlak olub, 2-si də ağır yaralanıb.
 
 Hücumu həyata keçirən şəxs hadisə yerindən qaçıb. İsrail qüvvələri Ramallah şəhərinin giriş və çıxışlarını bağlayıb.
 
 Digər tərəfdən, səhər erkən saatlarda Şərqi Qüdsün "Köhnə şəhər" hissəsində bir fələstinli 2 İsrail polisini bıçaqla yaralayıb.
 
 Bıçaqlı hücumu həyata keçirən fələstinli İsrail qüvvələri tərəfindən vurularaq şəhid edilib.
 
 Dünən gecə isə 9 dekabrda "Ofra" yəhudi yaşayış məntəqəsi yaxınlığında təşkil olunan və 6 israillinin yaralanması  ilə nəticələnən hücumun səbəbkarı olduğu iddia edilən Fələstinli Saleh Ömər Saleh əl-Bərqusi İsrail qüvvələri tərəfindən Ramallah şəhəri yaxınlığındakı Bərkə rayonunda bir evə təşkil edilən basqında öldürülüb.
 
 Yenə də dünən gecə İordan çayının işğal altındakı qərb sahilində  Nablus şəhərindəki "Əsgər" adlı qaçqın düşərgəsində çıxan qarşıdurmada 7 oktyabrda Burkan sənaye zonasında 2 israillinin ölümü ilə nəticələnən hücumun səbəbkarı olan Əşrəf Nualvenin öldürüldüyü bildirilir.



Әlaqәli Xәbәrlәr