İranda hər il 10 mindən çox uşaq həyatını itirir

İranın İRNA rəsmi agentliyinə məlumat verən Səhiyyə Nazirliyi Uşaq Sağlamlığı Departamentinin sədri Məhəmməd Heydəri deyib...

1105707
İranda hər il 10 mindən çox uşaq həyatını itirir

  İranda hər il 10 mindən çox uşaq yoxsulluq və doğuş öncəsi çatışmazlıq səbəbindən həyatını itirir.

  İranın İRNA rəsmi agentliyinə məlumat verən Səhiyyə Nazirliyi Uşaq Sağlamlığı Departamentinin sədri Məhəmməd Heydəri ölkədəki yoxsulluğun körpə sağlamlığına təsirilə bağlı deyib:

  “İranın bir çox rayonunda yoxsulluq var. Yeni doğuşların mində 8,27-si ölkədəki iqtisadi yoxsulluqla əlaqədar uşaq ölümü ilə nəticələnir. İranda ildə təxminən 1 milyon 400 min uşaq dünyaya gəlir ki, bunun 10 mindən çoxu bu səbəbdən ölür.

  Körpə ölüm hallarının ən yüksək olduğu bölgələr Sistan, Belucistan, Hürmüzgan, Kirmanşah və Kirmandır. Bu yerlərdə yoxsulluq və doğuş öncəsi çatışmamazlıqlara görə körpələr doğuş zamanı ölür".



Әlaqәli Xәbәrlәr