İran Yəmən məsələsilə bağlı İsveçdə keçirilən yığıncağa dəstəyini bildirdi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İsveçdə davam edən Yəmən mövzulu məşvərət yığıncaqlarında əsir və məhkumların mübadiləsilə əlaqəli qəbul edilən ilkin razılaşmanı dəstəklədiklərini bildirdi.

1105450
İran Yəmən məsələsilə bağlı İsveçdə keçirilən yığıncağa dəstəyini bildirdi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İsveçdə davam edən Yəmən mövzulu məşvərət yığıncaqlarında əsir və məhkumların mübadiləsilə əlaqəli qəbul edilən ilkin razılaşmanı dəstəklədiklərini bildirdi.

Zərif özünün “Twitter” həsabında yazıb: “İran yəmənli tərəflərin Stakholmda BMT nümayəndəsinin (Martin Griffiths) nəzarətində qəbul edilən ilkin razılaşmanı məmnuniyyətlə qarşılayır. Tərəflər arasında müzakirə edilən bütün mövzularda yekun nəticə əldə olunması üçün rəsmi Tehran müzakirələrin davam etməsini dəstəkləyir. Xarici təcavüzkarların hava hücumlarına və insanlığa qarşı işlədikləri cinayətlərə son qoyulmasının vaxtı gəlib çatıb”.

Yəməndə Husilər hərəkatı ilə Səudiyyə Ərəbistanı başçılığındakı koalisiya qüvvələri tərəfindən dəstəklənən hökumət qüvvələri arasında 3 ildən artıq zamandır davam edən toqquşmalarda minlərlə insan həyatını itirdi.

Müxtəlif sahələrdə humanitar böhranla qarşı-qarşıya olan ölkədə içməli su təmin edilməsi, kifayətsiz qidalanma, dava-dərmanlarda çatışmazlıq kimi səbəblərdən xolera başda olmaqla yoluxucu xəstəliklər gündən-günə artır.

Ölkədəki vətəndaş müharibəsinə son qoyulması məqsədilə BMT başçılığındakı məsləhətləşmələr dekabrın 6-da İsveçin paytaxtı Stokholmda başlayıb.

Yəmən hökuməti ilə Husilərin iştirak etdiyi yığıncaqda əsir və məhkumların azad buraxılması, Hudeydədəki toqquşmalar, Mərkəzi Bankın vəziyyəti, Taiz mühasirəsi, humanitar yardımların çatdırılması və Sana hava limanının vəziyyəti kimi tərəflər arasındakı mübahisəli mövzular müzakirə olunur.

Danışıqlar davam edərkən bu gün iki tərəfdən sayı 15 minə qədər olan əsir və məhbus mübadiləsi üçün siyahıların təqdim edildiyi açıqlanıb.

Məşvərət toplantılarının dekabrın 13-dək davam edəcəyi gözlənilir.  



Әlaqәli Xәbәrlәr