Fələstin Xalq Qurtuluş Cəbhəsi birliyə çağırdı

Fələstin Xalq Qurtuluş Cəbhəsi İsrailin İordan çayının qərb sahilində yaratdığı gərginliyə cavab yollarının müzakirə edilməsi məqsədilə təcili milli konfrans keçirilməsi üçün çağırış etdi.

1105174
Fələstin Xalq Qurtuluş Cəbhəsi birliyə çağırdı

 
Fələstin Xalq Qurtuluş Cəbhəsi yaranmasının 51-ci ildönümü münasibətilə bəyanat yaydı.

Bəyanatda: " Sionist düşmən bütün Fələstin xalqını hədəf alıb, bu səbəbdən hər kəs münaqişələri bir kənara qoymalıdır" deyə bildirildi.

Bəyanatda işğalçı qüvvələrin bu ərazilər üzərində yeni "fait accompli" vəziyyəti yaratma cəhdinin müvəffəqiyyətsizliyə uğradılmasının və İordan çayının qərb sahilinin sionist təcavüzünə qarşı birlik nümayiş etdirməsinin əhəmiyyəti qeyd edildi.
 
 Ötən gün Fələstin Xalq Qurtuluş Cəbhəsi yaranmasının 51-ci ildönümü münasibətilə Qəzzada yürüş təşkil etdi.  Yürüş şəhərin qərbindəki "Şati" qaçqın düşərgəsində sona çatdı.
 
 Yürüşə qoşulanlar cəbhənin bayraqlarını daşıyaraq, Fələstin müqavimətinə sədaqət şüarları səsləndirdilər.
 
 Qeyd etmək lazımdır ki, Ərəb millətçiləri tərəfindən 1967-ci ildə qurulan, marksist-leninçi platformaya malik Fələstin Xalq Qurtuluş Cəbhəsi Fələstin ərazilərinin bölünməsinə qarşı çıxır.
 
 Ərəb və yəhudi xalqlarının birgə yaşaya biləcəyi  Fələstin dövlətinin yaradılması cəbhənin ən mühüm hədəflərindən biridir.



Әlaqәli Xәbәrlәr