"Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma...", N.Paşinyan

Nikol Paşinyan ölkəsininTürkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu söyləyib.

1104324
"Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma...", N.Paşinyan

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır, amma Dağlıq Qarabağ barədə ilkin şərt olmadan.

Bu sözləri Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan deyib.

"Ümid edirik ki, Türkiyə də buna hazırdır. Ancaq Türkiyə ilə əlaqələr Dağlıq Qarabağla bağlıdır, üçüncü ölkə ilə. Azərbaycanı nəzərdə tuturam", - deyə Paşinyan qeyd edib.

Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ məsələsinə də toxunan Paşinyan bunun beynəlxalq gündəmdə yer tutduğunu və prioritetləri arasında olduğunu söyləyib.

Paşinyan “Bu problemin öz həllini tapacağına ümid edirik. Problemin sülh yolu ilə həllini güclü şəkildə müdafiə edirik” ifadələrini işlədib.

Nikol Paşinyan Dağlıq Qarabağ probleminin orada yaşayanların öz-özünü idarə etmə haqqı tanınmadan mümkün olmayacağını da irəli sürüb.

Liderlik etdiyi ittifaqla seçkidə səslərin 70,4 faizini qazanan Paşinyan necə bir xarici siyasət yürüdəcəyinə münasibət bildirərək deyib ki, Rusiya ilə ənənəvi olaraq yaxşı əlaqələrimiz var, həmin zamanda Avropa İttifaqı ilə tərəfdaşıq və Avropa Şurasına üzv olmuşuq.

Paşinyan NATO ilə əlaqələrin davam etdiyini bildirərək, “Ancaq NATO-ya üzv olmaq kimi bir niyyətimiz yoxdur” deyib.

Paşinyan İran ilə əlaqələrin ABŞ-ın tətbiq etdiyi sanksiyalardan təsirlənib təsirlənməyəcəyi sualına isə “İran ölkəm üçün həyati əhəmiyyətə malik bir qonşudur” cavabını verib.

Paşinyan yeni dövrdə ilkin plandaki hədəflərinin “iqtisadi inqilab” olacağını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr