Ruhani: "İran Türkiyə ilə səmimi münasibətləri inkişaf etdirmək niyyətindədir"

İran prezidenti Həsən Ruhani müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda bağlanan müqavilənin daha sürətlə həyata keçirilməsini istədiklərini bildirdi.

1103268
Ruhani: "İran Türkiyə ilə səmimi münasibətləri inkişaf etdirmək niyyətindədir"


 İranın Prezident Aparatının rəsmi saytında ölkə prezidenti Həsən Ruhaninin Türkiyə Böyük Millət Məclisinin sədri Biəli Yıldırım ilə keçirdiyi görüşdəki çıxışının mətni yayıldı.
 
 Ruhani Yıldırım ilə görüşündə iki ölkə arasında energetika və bank sektorları daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda bağlanan müqavilənin daha sürətli bir şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını vurğulayaraq: "İran qardaş və dost ölkə Türkiyə ilə bütün sahələrdə səmimi münasibətlərini inkişaf etdirmək niyyətindədir" deyib.
 
 İranın Türkiyənin sabitlik və təhlükəsizliyini öz sabitlik və təhlükəsizliyi olaraq gördüyünü vurğulayan Ruhani: "Bu istiqamətdə bir müddət əvvəl həyata keçirilən (Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 iyul 2016-cı ildəki uğursuz dövlət çevrilişi cəhdi) dövlət çevrilişi cəhdinə qarşı İran Türkiyə dövlətinin sabitliyi və güclənməsi məsələsində dəqiq və şəffaf bir mövqe sərgiləmişdir" deyə qeyd edib.
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarının  sanksiyalarına qarşı ortaya qoyduğu mövqeyi təqdirlə qarşıladıqlarını bildirən Ruhani fikirlərini bu şəkildə ifadə edib: "İran Türkiyə prezidenti və dövlətinin İran ilə əməkdaşlığı inkişaf etdirməyə verdikləri əhəmiyyəti təqdir edir və bu mövqeyi razılıqla qarşılayır".
 
  Ruhani :"İran və Türkiyə illərdir terrorizm problemi ilə üz-üzədir. İki ölkənin terrorizmlə mübarizədə əməkdaşlığının gücləndiyi zamanlarda bu istiqamətdəki uğurlar da çox olub. İki ölkə son illər regional səviyyədə terrorizmlə mübarizədə çox yaxşı əməkdaşlıq sərgiləyir" deyərək, son görüşün xüsusilə, İran və Türkiyə üçün əhəmiyyətli olduğuna diqqəti çəkib.
 
 Qeyd edək ki, parlament sədrlərinin "Terrorizmlə və ektremizmlə mübarizə" mövzulu ikinci konfransı İran prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Əli Laricani, Çin parlamentinin sədr müavini Çen Zu, Rusiya Dövlət Dumasının rəhbəri Vyacheslav Volodin, Pakistan Milli Məclisinin sədri Əsəd Kayser, Əfqanıstan Milli Məclisinin sədri Abdul Rauf İbrahiminin iştirakı ilə Tehranda keçiriib. Konfransda terror təşkilatları ilə mübarizə məsələsində davam etdiriləcək əməkdaşlıqlar müzakirə olunub.
 
 Türkiyə Böyük Millət Məclisinin sədri Biəli Yıldırım Tehran səfərinin proqramı çərçivəsində prezident Həsən Ruhani, İran parlamentinin sədriı Əli Laricani, Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodin və Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slutskiy ilə görüşlər keçirib.



Әlaqәli Xәbәrlәr