İran prezidenti Ruhanidən ABŞ-a təhdid

İran neftini xarici bazarlara tədarük etmək imkanından məhrum edilərsə, Fars körfəzindən neft ixracını dayandırarıq

1100255
İran prezidenti Ruhanidən ABŞ-a təhdid

“Tasnim" agentliyinin xəbərinə görə İran prezidenti Həsən Ruhani ölkənin şimalındakı Simnan əyalətini ziyarəti zamanı etdiyi çıxışında ABŞ-ın sanksiyaları və neft satışına münasibət bildirib. O vurğulayıb ki, “ABŞ, İranı neft satışından məhrum etmək və dünyayla ticarətinə maneə törədərək bölgədə yalnızlaştırmağı planlaşdırır. Ancaq planını həyata keçirə bilməyəcək. İran neftinin ixracını dayandıra bilməyəcək. ABŞ bilməlidir ki, İrana yanacaq satmağı qadağan edərsə, Fars körfəzindən neft ixracı da dayanacaq. İran, İraq, Türkiyə, Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, Pakistan, Oman, Qətər və Küveyt kimi qonşu ölkələrlə güclü münasibətlərə sahib ölkədir. Bu ölkələrlə əməkdaşlığımızı daha da irəli pillələrə qaldıracayıq.

ABŞ rəhbərliyi Aİ ölkələrinin İran ilə əlaqələrini bitirmək, Çin, Hindistan və qonşu ölkələr ilə İran arasında kin-küdrət yaradmaq, bölgədə İran düşmənçiliyini yaymaq istəyir. Biz əsrlərlə dialoq çərçivəsində bir araya yaşadığımız qonşularımızla əlaqələrin pozulmasına icazə vermərik. ABŞ_na qarşı 40 il davam edən mübarizə nəticəsində böyük qələbə qazandıq. ABŞ, İran xalqı qarşısında uğursuz olduğu üçün qəddar rəftar sərgiləyir. İran ABŞ ilə İsrailin ən qorxulu yuxusudur. Xalqımız bu iki ölkə qarşısında heç vaxt boyun endirməmişdir, endirməyəcik”-deyə H.Ruhani qeyd edib.

Ölkənin iqtisadi böhranda olmadığını və belə bir vəziyyət ilə də qarşı-qarşıya gəlməyəcəyini ifadə edən Ruhani, mövcud infilyasiya və işsizliyin özləri üçün təhdid təşkil etmədiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr