Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü
Müdafiə Nazirliyinin sözçüsü təyyarəni idarə edən Ermənistan hərbi-hava qüvvələrinin iki pilotunun da öldüyünü bildirib.

Dekabrın 4-də Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi uçuş-təlim tapşırığını yerinə yetirmək üçün yerli vaxtla saat 10:30-da Gümrü aeroportundan havaya qalxıb və qısa müddətdən sonra radarlardan itərək yoxa çıxıb.
"Ria" agentliyinin məlumatına görə, günorta saatlarında təyyarənin qalıqları Ermənistanın qərbindəki Maralik şəhəri yaxınlığında tapılıb.
Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan təyyarəni idarə edən Ermənistan hərbi-hava qüvvələrinin iki pilotunun da öldüyünü bildirib.
Әlaqәli Xәbәrlәr
Nanqarharda gips zavoduna hücum, 7 nəfər ölüb
Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində gips zavoduna silahlı hücum təşkil edilib.

Əhməd Əbu Qayt yenidən Ərəb Birliyinin Baş katibi seçildi
Ərəb Birliyinin Xarici İşlər Nazirləri səviyyəsindəki iclası paytaxt Qahirədə keçirildi.