TSQ İraqın şimalında terror tәşkilatına qarşı hava әmәliyyatı hәyata keçirdi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalına təşkil olunan hava əməliyyatında terror təşkilatı PKK mənsubu 5 terrorçu zərərsizləşdirilib.

1099440

 TSQ-nın “twitter” səhifəsində həyata keçirilən hava əməliyyatlarına dair məlumat verilib.

 Məlumata görə, İraqın şimalındakı Sinat-Haftanin və Metina bölgələrinə istiqamətli dünən və bu gün keçirilən hava əməliyyatlarında terror təşkilatı PKK-ya məxsus mağara və sığınacaqlar məhv edilib, baza hissələrinə hücuma hazırlaşan silahlı 5 terrorçu zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr