Talibanın hərbi komandiri öldürüldü

Əfqanıstanın cənub bölgəsində ABŞ-ın avia hücumu nəticəsində Talibanın hərbi komandiri öldürülüb.

1099279
Talibanın hərbi komandiri öldürüldü

Helmand Qubernatorluğunun sözçüsü Ömər Zuvakun məlumatına görə Taliban komandir Əbdül Mənan 4 tərəfdaşı ilə Helmənd vilayətinin Navzad rayonunda öldürülüb. 

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcip Daniş isə Mənanın öldürülməsiylə Talibana ağır zərbə endirildiyini bildirib.

Qeyd edək ki, Helmənd Əfqanıstanın əsas narkotik ticarəti bölgəsidir. Mənan isə Talibanın maliyyələşdirilməsinə nəzarət edirdi.

Prezident Əşref Qani, keçən ay verdiyi açıqlamada, Talibana qarşı həyata keçirilən əməliyyatlara toxunmuş və bu təşkilatın qələbə qazana bilməyəcəyini vurğulamışdı.



Әlaqәli Xәbәrlәr