“İran raket sınaqlarını davam etdirəcək”

Tehran raket sınaqlarını davam etdirmək niyyətindədir və bunun üçün xarici dövlətlərin icazəsinə ehtiyac yoxdur.  Bunu  İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbülfəz Şikarçi deyib.

1099457
“İran raket sınaqlarını davam etdirəcək”

"Tasnim" agentliyinin    mövzu  ilə  əlaqəli    xəbərinə  görə,   İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbülfəz Şikarçi, sınaqların müdafiə xarakterli  olduğuna   diqqət  çəkib.  O  vurğulayıb  ki,    "İran İslam Respublikasının müdafiə sənayesinin raket və digər vasitələrinin sınağı müdafiə və təhlükənin qarşısının alınması üçün nəzərdə tutulub, hər şey olduğu kimi davam edəcək".

Sözügedən məsələnin    dövlətin milli təhlükəsizlik sahəsinə   məxsus  olduğunu  ifadə  edən   General,    "Biz buna görə heç bir ölkədən icazə istəməyəcəyik"  deyib.  

Bundan əvvəl İran raket proqramı ilə BMT qətnamələrini pozmadığını bəyan edib.

 



Әlaqәli Xәbәrlәr