"ABŞ-ın 40 illik ağır sanksiyalarına baxmayaraq, İran müdafiə sistemi gücləndi", Ə.Hatəmi

Ə.Hatəmi ölkənin rəsmi İRNA xəbər agentliyinə verdiyi açıqlamada bildirib...

1098948
"ABŞ-ın 40 illik ağır sanksiyalarına baxmayaraq, İran müdafiə sistemi gücləndi", Ə.Hatəmi

  İranın Müdafiə naziri general-mayor Əmir Hatəmi Amerika Birləşmiş Ştatlarının 40 illik ağır sanksiyalara baxmayaraq, müdafiə sənayesində özünəməxsus bir səviyyəyə çatdıqlarını söylədi.

  Ə.Hatəmi ölkənin rəsmi İRNA xəbər agentliyinə verdiyi açıqlamada bildirib:

  “İran müdafiə sənayesi istehsalında istədiyi səviyyəni əldə edib. Bu baxımdan Pilotsuz Uçan Aparat (RUA), zirehli hərbi maşın, radar sistemi və raket istehsalı aparıcı yer tutur.  

  İstehsal etdiyimiz PUA-lar heç bir səhv etmədən uzun məsafələrə uça və hədəfləri məqsədəuyğun şəkildə vura bilir.

  İran raket istehsalında də öndə gedən ölkələrdən biri sayılır. Bir nümunəsi Kövsər döyüş təyyarələridir.

  Bütün bu silahlar sanksiyaların effektsiz və uğursuz bir silah olduğunu göstərdi.

  Sanksiyalar bizi böyük gücə çevirib".



Әlaqәli Xәbәrlәr